This is a specific ad

Türkiyədə gürcü kriminal avtoritet saxlanılıb

15

Another advertisement

Türkiyədə polis “kölgə” ləqəbli gürcü kriminal avtoritet Quram Çixladzenini həbs edib.

QafqazTürk.com Türkiyə mətbuatina istinadən xəbər verir ki,o, Rusiya tərəfindən İnterpol xətti ilə axtarışa verilib. Q.Ç xüsusi əməliyyat nəticəsində həbs edilib.

İstanbul Polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məlumatına görə, Çixladze Rusiya və Azərbaycanda mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib. O, Rusiyada bir sıra cinayətlər, o cümlədən qətllər törədib.

Türkiyə mətbuatı kriminal avtoritetin Türkiyədə iki dəfə həbs edildiyini qeyd edir.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Polşada təyyarə qəzası – 5 nəfər ölüb, 8 nəfər isə yaralanıb
Öncəki yazı
Yunanıstanda yanğınlar: minlərlə uşaq yay düşərgəsində son anda xilas edilib