Türkiyənin Bingöl şəhərində güclü zəlzələ olub. Yeraltı təkanların gücü 4,8 bal olub.
Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Türkiyə Fövqəladə Hallar və Fəlakətlərin İdarə Olunması İdarəsi zəlzələnin yerli vaxtla saat 02:24-də baş verdiyini bildirib. Yeraltı təkanların episentri 12,79 kilometr dərinlikdə yerləşib. Bingöl qubernatorunun sözlərinə görə, zəlzələ heç bir mənfi nəticələrə səbəb olmayıb.