This is a specific ad

Türkiyədə altı terror aktının iştirakçısı olan iki terrorçu öldürülüb

260

Another advertisement

Türkiyədə altı terror aktının iştirakçısı olan iki təhlükəli terrorçu öldürülüb.

QafqazTürk Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Onun sözlərinə görə, qırmızı bülletenlə axtarılan Hebun Piro Amed kod adlı Zıran Taş və boz bülletenlə axtarılan Botan kod adlı Fehmi Başkurt öldürülüb.

Məlumata görə, adıçəkilən terrorçular 2020, 2021, 2022 və 2023-cü illərdə dəfələrlə terror aktları törədiblər. Bu terror aktları nəticəsində ümumilikdə 5-i mülki şəxs olmaqla 8 nəfər şəhid olub, 4 təhlükəsizlik işçisi isə yaralanıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyə Süni Zəka sahəsində strateji addımlar atacaq
Öncəki yazı
Açıq Hökumət İndeksi dərc olunub- Gürcüstan öndədir