This is a specific ad

Türkiyədə 90 kənd karantinə alınıb

72

Another advertisement

Türkiyənin Bartın bölgəsində dabaq xəstəliyi səbəbindən 90 kənd karantinə alınıb.

Qafqaztürk yerli mediaya istinadən xəbər verir ki, kəndlərdə heyvanların giriş-çıxışı və satışı müvəqqəti olaraq qadağan edilib.

Tədbirlər çərçivəsində Abdipaşa və Akçamescit heyvan bazarları da müvəqqəti bağlanıb.

Rayon Kənd Təsərrüfatı və Meşə İdarəsi bölgədə inzibati və elmi tədbirlər görülərək peyvənd işlərinə başlanıldığını və tədbirlərə əməl etməyənlərə 46 min 159 lirə inzibati cərimə tətbiq ediləcəyini bildirib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Rusiya ordusu Xarkovda mülki avtomobili vurub, 4 nəfər ölüb
Öncəki yazı
Polşa Seymi Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyən qətnamə qəbul edib