This is a specific ad

Türkiyə və Türkmənistan razılaşdı: 13 müqavilə imzalandı…

51

Another advertisement

Türkiyə ilə Türkmənistan Xəzər və Qara dəniz üzərindən tranzit marşrutlarının səmərəliliyini artırmaq barədə razılığa gəliblər.

QafqazTürk.com xəbər verir ki,bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Ankarada keçirilən biznes forumda çıxışı zamanı deyib.

“Biz Türkmənistan qazının və enerjisinin Xəzər dənizi vasitəsilə Türkiyəyə necə nəql oluna biləcəyi ilə bağlı fikir mübadiləsi apardıq. Bu tranzit sahəsində əməkdaşlığın təkmilləşdirilməsi iki ölkə arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Qarşılıqlı maraqlara uyğun olaraq yeni istiqamətlər yaradıla bilər”, – deyə S.Berdiməhəmmədov bildirib.

Qeyd edək ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyədə rəsmi səfərdədir. Ərdoğan və Berdiməhəmmədov, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbərləri tərəfindən iki ölkə arasında enerji, nəqliyyat, ticarət, iqlim dəyişikliyi, insan resursları, idman, təhsil və arxiv kimi sahələri əhatə edən 13 müqavilə imzalanıb.

Məlumat üçün onu da bildirək ki, bu, Sərdar Berdiməhəmmədovun Türkmənistan Prezidenti kimi Türkiyəyə ilk rəsmi səfəridir.

Kateqoriya: Dünya
Sonrakı yazı
400 şagirdin iştirakı ilə Atatürkün silueti hazırlandı – FOTO
Öncəki yazı
HƏMAS-ın hücumu nəticəsində ölən fransızların sayı 35-ə çatıb