This is a specific ad

Türkiyə və Ermənistan diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib

92

Another advertisement

Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələrinin 5-ci görüşü baş tutub.

QafqazTürk Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü ilə bağlı bəyanat verilib. Qeyd olunub ki, xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.

Baş tutan görüş çərçivəsində Türkiyə və Ermənistan diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib.

Məlumata görə, Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın 5-ci görüşünün nəticələrinə dair bəyanatda yer alıb.

Bundan başqa, tərəflər həmçinin, Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə razılıq əldə edib.

Xatırladaq ki, xüsusi nümayəndələrin görüşü həm Ermənistan, həm dəı Türkiyə ərazisində keçirilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstanın Gəncə şəhərinə yeni baş konsulu təyin olunub
Öncəki yazı
Rustavi-Tbilisi yolunda ağır yol qəzası baş verib- bir nəfər ölüb