Güclü yağış, dolu və sel – Türkiyənin Konya şəhəri və ətraf kəndləri təbii fəlakətlə mübarizə aparır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Güclü yağış şəhərdə daşqınlara, kəndlərdə isə sürüşmələrə səbəb olub. Yaşayış evləri və binalar su altında qalıb.
KİV-in məlumatına görə, güclü yağış doluya çevrilib və avtomobillərə ziyan dəyib. Şəhərdə ağaclar da aşıb. Xilasetmə qrupları bütün gecə işləyib.
Sel nəticəsində Konyada yolları su basıb, nəqliyyatın hərəkəti dayandırılıb, qəzalar baş verib. KİV-in məlumatına görə, yeraltı keçidlər qarla dolub.
Güclü külək nəticəsində ağaclar kökündən qopub, infrastruktura və bəzi yaşayış binalarının dam örtüyünə ziyan dəyib.