This is a specific ad

Türkiyə, Rusiya, Suriya və İran nümayəndələri Astanada danışıqlar aparırlar

62

Another advertisement

Qazaxıstan paytaxtında Suriyada vəziyyətin nizamlanması üzrə Astana formatında danışıqlar başlayıb.
QafqazTürk.com xəbər verir ki,danışıqlarda Türkiyə, Rusiya, Suriya və İran nümayəndələri iştirak edirlər. Görüş bu formatda aparılan danışıqların 20-ci raundudur.
Danışıqlarda Türkiyəni xarici işlər nazirinin müavini Burak Akçapar, Suriyanı xarici işlər nazirinin müavini Ayman Susan, İranı xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı təmsil edir.
Rusiya tərəfdən isə Rusiya prezidentinin iki xüsusi nümayəndəsi – Aleksandr Lavrentyev və Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov iştirak edirlər.
Danışıqlar bu gün Rusiya və Suriya hökumətləri nümayəndə heyətlərinin görüşü ilə başlayıb.
Həmçinin Astana formatı çərçivəsində Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli görüş keçiriləcək.
Gündəmdə duran əsas məsələ Dəməşqlə Ankara arasında münasibətlərin normallaşmasıdır.

Kateqoriya: Dünya
Sonrakı yazı
ძლიერი წვიმის შედეგად მარნეულში მოსახლეობა დაზარლდა
Öncəki yazı
Qırğızıstanda neft bazasında güclü yanğın başlayıb