This is a specific ad

Türkiyə Qəzzadakı vəziyyətin həlli üçün Blinkenə 4 təklif təqdim edəcək

53

Another advertisement

ABŞ dövlət katibi Antoni Blinkenin səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail münaqişəsinin nizamlanmasına dair Ankaranın dörd təklifini ona təqdim edəcək.

Qafqaztürk xəbər verir ki, bu barədə “Yeni Akit” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Blinkenin Fidanla sabahkı görüşündə Türkiyənin gündəmində 4 mühüm mövzu var. Bunlar: dərhal atəşkəsin elan edilməsi, münaqişənin regiona yayılmasının qarşısının alınması, qarant ölkələrin formulu və humanitar yardımdır.Türkiyə və bəzi bölgə ölkələri atəşkəs üçün səylər göstərərkən, ABŞ və Qərb ölkələri İsraili dəstəkləməyə davam edir”, – məqalədə deyilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ბავშვებზე სექსუალურ ძალადობაში ბრალდებული, ინტერპოლის მიერ წითელი ცირკულარით ძებნილი პირი საქართველოში დააკავეს.
Öncəki yazı
Ramazan Kadırovun 16 yaşlı oğlu yüksək vəzifəyə təyin edilib