This is a specific ad

Türkiyə Prezidenti: “Aİ-nin ölkəmizə qarşı qərəzli münasibətində heç bir dəyişiklik olmayıb”

46

Another advertisement

Avropa İttifaqının ölkəmizə qarşı ədalətsiz, qərəzli münasibətində heç bir dəyişiklik olmayıb.

Qafqaztürk xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz Avropa İttifaqına verdiyimiz sözlərə əməl etdik. Amma onlar heç birini etmədilər. Kağız üzərində irəli sürdükləri qaydalara məhəl qoymayan yanaşma ilə ölkəmizə qarşı haqsızlıq edirlər. Aİ-dən heç bir gözləntimiz yoxdur. Əgər onlar bizə qarşı üstüörtülü sanksiya kimi istifadə etdikləri viza tətbiqini geri qaytarsalar, öz səhvlərini düzəldəcəklər. Bunu etməsələr, siyasi, sosial, iqtisadi və hərbi baxımdan bizdən nə isə gözləmək hüququnu tamamilə itirirlər”, – Türkiyə lideri bildirib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Qəsdən adam öldürmə faktı ilə bir nəfər saxlanılıb
Öncəki yazı
“Güclü yağıntı gözlənilir…” – 112 əhaliyə xəbərdarlıq edir