This is a specific ad

Türkiyə Milli Kəşfiyyat İdarəsi terror aktı planını üzə çıxarıb

245

Another advertisement

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Türkiyə ərazisində qanlı terror aktı törətməyi planlaşdıran terrorçu Hazal Belgenin zərərsizləşdirilməsi üzrə Suriyanın şimalında əməliyyat keçirib.

QafqazTürk Media bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Kəşfiyyat xidmətinin məlumatına görə, PKK terror təşkilatının üzvü olan Belge Türkiyə ərazisində terrorçu-kamikadzenin iştirakı ilə qanlı hücum hazırlayıb.

Terrorçunu  Suriyanın Amude rayonunda məhv ediblər.

Məlumat üçün bildirək ki, bundan əvvəl, sentyabrın sonunda Türkiyə xüsusi xidmət orqanları İraqın şimalında Lokman İsmayıl adında daha bir təhlükəli terrorçunu məhv etmişdi.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bədbəxt hadisə-İki alpinist bu səbəbdən dünyasını dəyişib
Öncəki yazı
Avropa Parlamentində Gürcüstan ilə bağlı bu mövzu müzakirə ediləcək