Another advertisement
Türkiyə İsraildəki səfiri Şakir Özkanı geri çağırıb.
QafqazTürk.com xəbər verir ki,bu barədə “TRT Haber” məlumat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya əsasən, İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi və mülki şəxslərə hücumlarını davam etdirməsi səbəbindən Türkiyənin Təl-Əvivdəki səfiri məsləhətləşmək üçün Ankaraya çağırılıb.