This is a specific ad

Türkiyə ilə Yunanıstan Afina Bəyannaməsini imzalayıb

49

Another advertisement

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Afina Bəyannaməsini imzalayıblar.

QafqazTürk.com xəbər verir ki,məlumatı “TRT Haber” yayıb.

Sənəddə iki ölkə arasında əməkdaşlıq üçün yenilənmiş iradənin tanındığı qeyd edilib.

Bəyannamədə iki qonşu ölkənin əlaqələrinin regionun rifahını və dinamizmini əhəmiyyətli dərəcədə artırmaq potensialına malik olduqları vurğulanıb. Bildirilib ki, dostluq və qarşılıqlı etimad mühitində hər iki tərəfin mənafeyi naminə birgə fəaliyyətin davam etdirilməsi zəruridir.

Tərəflər mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək üçün bir-birinin hüquqi mövqelərinə xələl gətirmədən mövcud və gələcək çətinliklər qarşısında həmrəylik ruhunu təşviq edəcəyini vurğulayıblar.

Türkiyə və Yunanıstan liderləri qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlərlə yanaşı, davamlı, konstruktiv və mənalı məsləhətləşmələr aparmağa dair razılaşma əldə ediblər.

Sənəd iki nüsxədə türk, yunan və ingilis dillərində imzalanıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Yunanıstanda rəsmi səfərdədir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Korşa-Şatili hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır
Öncəki yazı
Rusiyada prezident seçkilərinin vaxtı açıqlanıb