Another advertisement
Türkiyənin “Nurol Makina” şirkətinin istehsalı olan “Əjdər Yalçın” zirehli avtomobilinin EWB versiyası 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təqdim olunacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Şirkətin açıqlamasında bildirilib ki, zirehli avtomobil 17-21 fevral 2025-ci il tarixlərində Əbu Dabidə keçiriləcək Beynəlxalq Müdafiə Sərgisi və Ticarət Sərgisində (IDEX 2025) potensial müştərilərə təqdim olunacaq.
Bundan əlavə, sərgidə Türkiyənin ASELSAN hərbi-sənaye şirkəti tərəfindən istehsal olunan məsafədən idarə edilən 30 mm-lik NEFER atəş sistemi, həmçinin 12 nəfərlik ekipaj daşıya bilən zirehli maşın da nümayiş etdiriləcək.