Türkiyədə zəlzələ baş verib

47

Türkiyənin Bursa şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Zəlzələ İstanbul və Yalovada da hiss olunub.

Türkiyə Fövqəladə Hallar və Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 11:47-də baş verib.

Yeraltı təkanların ocağı 9,82 kilometr dərinlikdə yerləşib.

Bursa valisinin sözlərinə görə, zəlzələ heç bir dağıntıya səbəb olmayıb.

Kateqoriya: Dünya, Region
Sonrakı yazı
Narkotiklə mübarizə məqsədilə yeni qanun layihəsi qəbul edilib
Öncəki yazı
Piyadalar üçün cərimələr artırılır: Yol nişanlarına tabe olmama ciddi şəkildə cəzalandırılacaq