Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk əsilli əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra etmələri, eləcə də dövlət və ya özəl qurumlarda, təşkilat və müəssisələrdə çalışa bilmələri” haqqında qanunun tətbiqinə dair əsasnamədə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.
Yeni qərara əsasən, Türk əsilli əcnəbilərə çalışma və ya çalışdırılma icazəsinin verilməsi üçün bir sıra şərtlər müəyyən edilib. Bu şərtlərə Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış icazəsinin olması, həmin şəxsin peşəsini icra etməsinə təhlükəsizlik baxımından maneənin olmaması, xaricdə alınmış sertifikatların müvafiq qurumlar tərəfindən tanınması və prezident qərarı ilə müəyyən edilmiş türk soylu icmaya mənsubiyyət daxildir.