• 06 Dekabr 2023 12:50

Türkiyədə tələbələri daşıyan avtobus aşıb: ölənlər və xeyli sayda yaralı var

Avatar photo

ByS.Salahlı

May 2, 2023

Türkiyənin Bursa şəhərində tələbələri daşıyan tur avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 44 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.

Bursa valisi Yakup Canbolat avtobusun maneəyə çırpılaraq aşdığını bildirib.O, qeyd edib ki, hadisə zamanı avtobusda 47 nəfər olub. Onlardan 3-ü müəllim, 2-si sürücü olub. Sərnişinlər arasında müəllimlərin övladları da olub: “İndiyə qədər əldə etdiyimiz məlumata görə, qəza zamanı sürücü və 2 tələbə həyatını itirib”.

30740cookie-checkTürkiyədə tələbələri daşıyan avtobus aşıb: ölənlər və xeyli sayda yaralı var