Türkiyənin Dənizli bölgəsində axşam saatlarından başlayan güclü yağış nəticəsində dərə və kanallar daşıb, küçələr su ilə dolub.
Qafqaztürk xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.Məlumata görə, evləri və iş yerlərini su basıb, çoxlu nəqliyyat vasitələri yolda qalıb. İnsanların köməyinə xilasetmə qrupları gəlib.
Eskihisar məhəlləsin də isə yol çöküb.Axşam saatlarında şəhər mərkəzində başlayan və aramsız olaraq davam edən leysan gündəlik həyata mənfi təsir edib.
Çox sayda maşın yolda qalarkən, içəridə qalanlar AFAD və yanğınsöndürənlər tərəfindən xilas edilib.Mərkəzəfəndi mahalının Sümer məhəlləsindəki Keskin məscidi də seldən zərər çəkən ərazilərdən biri olub.
Məscid su altında qalarkən məhəllə vətəndaşlarının köməkliyi ilə su boşaldılıb.