This is a specific ad

Türkiyədə qalmaqal yaradan turist ölüb-otelin 14 işçisi həbs olunub

412

Another advertisement

Türkiyədə mehmanxanalardan birində qalmaqal yaratdığına görə həbs olunan turist ölüb.

QafqazTürk Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayılan məlumatlara görə, Bolqarıstan vətəndaşı Kuşadası otellərindən birində dincələn zaman orada külli miqdarda spirtli içki qəbul edib və bundan sonra gərginlik yaradıb.

Otel işçiləri turisti sakit olmağa çağırsalar da, vəziyyət gərginləşərək davaya çevrilib, bundan sonra otelin mühafizəsi onu həbs edərək əl-qolunu qandallayıb.

Bir müddət sonra turist huşunu itirərək halı pisləşib, ona təcili yardım çağırılsa da, kişini xilas edə bilməyiblər.

İşlə bağlı polis mehmanxananın 14 əməkdaşını həbs edib. Faktla bağlı araşdırma aparılır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bu ölkə qərar verdi: Rusiya ilə sərhəddə hasarın hündürlüyünü artıracaqlar
Öncəki yazı
Rusiya işğal olunmuş Abxaziyanın maliyyəsini dayandırıb