This is a specific ad

Türkiyədə Qənirə Paşayevaya həsr olunan film çəkilə bilər

62

Another advertisement

Türkiyədə mərhum deputat Qənirə Paşayevaya həsr edilən film çəkilə bilər.

QafqazTürk.com  xəbər verir ki, bu barədə III “Korkut Ata” Türk Dünyası Film Festivalının Zirvə görüşündə Türkiyənin “35mm stüdyo hizmetleri” şirkətinin rəhbəri Ahmet Edebali deyib.

O bildirib ki, filmin ssenarisi, demək olar ki, hazırdır:

“Əgər film çəkilsə, deputat Qənirə Paşayevadan və onun daim danışdığı Qarabağdan və haqlı savaşından bəhs ediləcək. Çünki türk dünyası Qarabağ savaşını və onun haqlı olduğunu daha çox Qənirə xanımın dilindən eşidib. Biz bütün bunları ekran işində əks etdirmək istəyirik. Bilirsiniz ki, Qənirə xanımın bacısı Türkiyədə yaşayır və onunla da əlaqə saxlanılacaq. Əgər onun razılığı və Mədəniyyət Nazirliyinin dəstəyi də olarsa, filmi çəkmək istəyirik”.

Kateqoriya: Dünya
Sonrakı yazı
Marneulidə, hərbi şəhərcikdə istirahət məkanı təşkil olunacaq
Öncəki yazı
Paşinyan: “Rusiya sülhməramlıları Ermənistana yerləşməməli, ölkələrinə qayıtmalıdırlar”