This is a specific ad

Türkiyədə prezident seçkilərinin ikinci turunda xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları…

52

Another advertisement

“Türkiyədə prezident seçkilərinin ikinci turunda xaricdə olan 1.7 milyon seçici səs verdi,” – QafqazTürk xəbər verir kİ, bu barədə Türkiyə Ali Seçki Şurası məlumat yayır.

Məlumata görə, səsvermə prosesi Türkiyənin xaricdəki diplomatik nümayəndəliklərində və sərhəd-keçid məntəqələrində mayın 20-də başlayıb. Bu mərhələdə 1 733  940 seçici öz seçimini qeyd edib. Xaricdə yerləşən diplomatik nümayəndəliklərdə səsvermə bu gün başa çatacaq. Sərhəd-keçid məntəqələrində isə səsvermə mayın 28-dək mümkün olacaq.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. İkinci turda ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan və müxalifətin namizədi Kamal Kılıçdaroğlu iştirak edəcəklər.

Sonrakı yazı
Marneulidə Gürcüstanın müstəqillik gününə həsr olunmuş tədbir keçiriləcək
Öncəki yazı
KİV: Ukrayna pravoslav kilsəsi yeni təqvimə keçir