This is a specific ad

Türkiyədə prezident seçkilərinin ikinci turu nə vaxt keçriləcək?

30

Another advertisement

Türkiyənin Ali Seçki Şurası Türkiyədə prezident seçkilərinin ikinci turunun mayın 28-də keçiriləcəyini rəsmən təsdiqləyib.

QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalının Türkiyədən müxbiri bildirib.

İkinci turda iki namizəd Rəcəb Tayyib Ərdoğan və birləşmiş müxalifətin namizədi Kamal Kılıçdaroğlu iştirak edəcəklər. Bu vaxta olan ilkin göstəricilərə görə, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 49,50 faiz, birləşmiş müxalifətin namizədi Kamal Kılıçdaroğlu isə 44,89 faiz səs toplayıb.

Ali Seçki Şurasının sədri mətbuat konfransında mayın 14-də keçirilən seçkilərdə seçici fəallığının 88,92 faiz təşkil etdiyini də qeyd edib. O, bu gündən ikinci turun seçki kampaniyasına rəsmən start verildiyini bildirib.

Sonrakı yazı
Kaia Kallas: Sovet İttifaqı Əfqanıstandan çıxdığı kimi Rusiya da Ukraynadan çıxmalıdır – ƏTRAFLI
Öncəki yazı
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İlham Əliyevlə görüşüb