İstanbulda Gürcüstan vətəndaşı qadın öldürülüb.
QafqazTürk Media Türkiyə mətbuatına istinadən xəbər verir ki,hadisə sentyabrın 9-da Beyoğlu rayonundakı otellərdən birində baş verib.
Mətbuat qadının sevgilisi tərəfindən döyülərək öldürüldüyünü yazır. Hadisə yerinə gələn təcili tibbi yardım briqadaları tərəfindən ona ilkin tibbi yardım göstərildikdən sonra klinikaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Otelin müşahidə kameralarından bəlli olub ki, cinayətkar olduğu iddia edilən şəxs hadisə yerindən qaçmağa çalışsa da, otel işçisi onu təqib edərək yaxalayıb.
Hadisə yerinə polis səfərbər edilib, KİV-in məlumatına görə,araşdırma nəticəsində otelin lisenziyasının olmadığını müəyyən edilib və mehmanxana möhürlənib.
Hadisə ilə bağlı istintaq davam edir.