Türkiyədə güclü zəlzələ baş verib

79

Türkiyənin şimal-qərbində yerləşən Balıkesir vilayətində güclü zəlzələ baş verib.

QafqazTürk xəbər verir ki, 27 oktyabr yerli saat 23:00-da baş verən 6,1 bal gücündə zəlzələnin episentri Sindiriği mahalı olub.

Anadolu agentliyi Türkiyənin Daxili Işlər Naziri Əli Erlikayaya istinadən xəbər verir ki, xəsarət alan olmayıb. Üç boş bina və ikimərtəbəli mağaza uçub. Bu binalar 2025-ci ilin avqustunda eyni ərazidə baş verən güclü zəlzələ nəticəsində əhəmiyyətli dərəcədə zərər görüb . Ancaq zəlzələnin episentrində mövcud olan elektrik xətləri zədələnib. Zəlzələ Bursa, Manisa, İzmir və İstanbulda da hiss olunub.

Qeyd edək ki, avqustun 10-da Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, 1 nəfər ölüb, 29 nəfər yaralanıb. 16 bina dağılıb, onlarla binaya ziyan dəyib.

Üç tektonik tavanın kəsişməsində yerləşən Türkiyədə zəlzələlər tez-tez baş verir. Xatırladaq ki, 2023-cü ilin fevralında ölkənin cənub-qərbində baş verən 7,8 bal gücündə zəlzələ 50 mindən çox insanın ölümünə və yüz minlərlə insanın evsiz qalmasına səbəb olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
HƏMAS daha 16-cı girovun cəsədini Qəzza zolağında Qırmızı Xaç təşkilatına təhvil verib – DETALLAR
Öncəki yazı
Zelenski: Ukrayna Rusiyaya zərbələrin “coğrafiyasını genişləndirmək” niyyətindədir