Türkiyədə 3 seçici seçki məntəqəsində ürəktutmadan vəfat edib

2

Türkiyədə 3 seçici seçki məntəqəsində səs verən zaman ürəktutmadan vəfat edib.

QafqazTürk xəbər verir ki, Hadisələrdən biri ölkənin Rize şəhərində qeydə alınıb.

Seçki məntəqəsi önündə 64 yaşlı Şeref Kurtun səhhəti qəfildən pisləşib. O, xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, Ş.Kurtun həyatını xilas etmək mümkün olmayıb.

Trabzonda səs verən 74 yaşlı Aysel Ulusoyun da səhhəti gözlənilmədən pisləşib. O,da aparıldığı klinikada dünyasını dəyişib.

Oxşar hadisə Giresunda da baş verib. Belə ki, 85 yaşlı İsmail Yıldızın halı qəfildən pisləşib. Hadisə yerinə gələn təcili təbii yardım xidmətinin əməkdaşları onun həyatını xilas edə bilməyiblər.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Zelenski Ukraynanın əks-hücum üçün kifayət qədər silaha malik olub-olmamasından danışıb
Öncəki yazı
Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş başlayıb