Türkiyə XİN: “Qərb dünyası mərkəz mövqeyini itirir”

0

“Dünya beynəlxalq sistemin yekun transformasiyasını yaşayır və bu prosesdə Qərb dünyası mərkəz mövqeyini itirir”.

QafqazTürk “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada cənubi koreyalı həmkarı Park Cin ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Beynəlxalq sistemin yekun transformasiyasını yaşadığı günlər gəlib çatıb. Yeni geosiyasi və geoiqtisadi bərabərlik yaranır və Asiya da düz onun mərkəzində dayanır. Qərb dünyası mərkəz mövqeyini itirərkən dünya siyasətinin mərkəzinin şərqə, dədə-baba torpaqlarımıza doğru meyl etdiyini görürük”, – o vurğulayıb.

0
0
Sonrakı yazı
Rusiya Afrika ölkələrinin 23 milyard dollar borcunu silib – SƏBƏB?
Öncəki yazı
İrakli Ğaribaşvili Pekinə səfər edib