This is a specific ad

Türkiyə prezidenti Şovidə baş verən fəlakətlə əlaqədar baş nazirə və gürcü xalqına başsağlığı verir

54

Another advertisement

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şovidə baş vermiş təbii fəlakət nəticəsində həlak olanlarla bağlı kədərləndiyini bildirib və Gürcüstanın Baş naziri İrakli Ğaribaşviliyə və gürcü xalqına başsağlığı verib.

Qafqaztürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Gürcüstanda baş verən sürüşmə nəticəsində çoxlu sayda insanın həlak olmasından və yaralanmasından çox kədərləndim. Zati-aliləri dostumuza, qonşu gürcü xalqına və mərhumların yaxınlarına xalqım və şəxsən öz adımdan başsağlığı verirəm”, – Rəcəb Tayyib Ərdoğan bildirib.

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Თურქეთის პრეზიდენტი შოვში მომხდარი სტიქიის შედეგად გარდაცვლილი ადამიანების გამო მწუხარებას გამოთქვამს
Öncəki yazı
Marneuli-Sadaxlı magistralında avtomobil qəzası baş verib – FOTO