Türkiyə PA: “Ərdoğana bu ölkələrin dövlət və hökumət başçılarından təbrik zəngi gəlib”

3

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 19 ölkənin dövlət və hökumət başçılarından təbrik zəngi gəlib.

QafqazTürk xəbər verir ki, Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun tviter hesabında yazıb.

“Dünya liderləri Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın seçki qələbəsini qeyd etməyə davam edir.

Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, ABŞ, Rusiya, Ukrayna, İngiltərə, Almaniya, Fransa, Niderland, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Fələstin, İsrail, Liviya, Pakistan, Qvineya-Bisau dövlət və hökumət başçıları birbaşa zəng edərək təbriklərini çatdırıblar. Prezidentimizə indiyədək 19 ölkədən təbrik zəngləri gəlib”, – Fəxrəddin Altun qeyd edib.

“Bundan əlavə, 100-dən çox ölkənin və beynəlxalq təşkilatların rəhbərləri yazılı müraciətdə dövlətimizin başçısının yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıblar

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Çin ABŞ-ın müdafiə nazirlərinin görüşü təklifini rədd edib
Öncəki yazı
AB-dən Gürcüstana demarş: 27 səfir…