Another advertisement
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Türkiyə ərazisində qanlı terror aktı törətməyi planlaşdıran terrorçu Hazal Belgenin zərərsizləşdirilməsi üzrə Suriyanın şimalında əməliyyat keçirib.
QafqazTürk Media bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Kəşfiyyat xidmətinin məlumatına görə, PKK terror təşkilatının üzvü olan Belge Türkiyə ərazisində terrorçu-kamikadzenin iştirakı ilə qanlı hücum hazırlayıb.
Terrorçunu Suriyanın Amude rayonunda məhv ediblər.
Məlumat üçün bildirək ki, bundan əvvəl, sentyabrın sonunda Türkiyə xüsusi xidmət orqanları İraqın şimalında Lokman İsmayıl adında daha bir təhlükəli terrorçunu məhv etmişdi.