Türkiyə məhkəməsi İstanbul meri Əkrəm İmamoğlunu həbs cəzasına məhkum edib

74

Türkiyə məhkəməsi korrupsiyada şübhəli bilinən İstanbul meri Əkrəm İmamoğlunun həbsinə qərar verib.

Məlumatı Türkiyə mətbuatı yayıb.

Bir neçə gündür Türkiyənin şəhərlərində korrupsiya və terrorla əlaqəsi olduğu iddia edilən istintaq çərçivəsində saxlanılan Türkiyənin ana müxalifətçi Cümhuriyyət Xalq Partiyasının üzvü, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədilə etiraz aksiyaları keçirilir. Hüquq-mühafizə orqanları yüzlərlə etirazçını həbs edib.

Cümhuriyyət Xalq Partiyası İmamoğlunun həbsini siyasi motivli adlandırıb və tərəfdarlarını dinc nümayişlər keçirməyə çağırıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
İrakli Kobaxidze hökumət administrasiyasında Nikol Paşinyanı qəbul edib
Öncəki yazı
DİN – Kaxeti polisi böyük miqdarda narkotik vasitə müsadirə edib