• 01 Dekabr 2023 18:39

Türkiyə Kuboku: “Fənər” böyük hesabla növbəti mərhələdə

Avatar photo

ByHacı Xəlilzadə

Apr 7, 2023

Futbol üzrə Türkiyə Kubokunda bütün yarımfinalçılar məlum olub.

QafqazTürk xəbər verir ki, 1/4 finalın son oyununda “Fənərbağça” doğma meydanda “Kayserispor”u qəbul edib.

Qarşılaşmada ilk qolu Emre Mor vurub. 8-ci dəqiqədəki qoldan 10 dəqiqə sonra D.Kolovetsiosla qonaqlar bərabərliyi təmin ediblər. Hissənin sonuna üç dəqiqə qalmış Emre Mor yenidən “Fənər”i hesabda önə keçirib.

Bundan sonra meydan sahibləri daha iki dəfə fərqləniblər. 58-ci dəqiqədə S.Dursun, 90-cı dəqiqədə isə A.Güler rəqib qapıçını məyus edib.

Beləliklə, “Fənərbağça” bu qələbədən sonra yarımfinalda “Sivasspor”a rəqib olub. 1/2 finalın digər oyununda isə “Başakşehir” və “Ankaragücü” münasibətlərinə aydınlıq gətirəcək.

6110cookie-checkTürkiyə Kuboku: “Fənər” böyük hesabla növbəti mərhələdə

Bir cavab yazın