Türkiyə Krımın Rusiya tərəfindən işğalını tanımır.
QafqazTürk Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Krımın işğalının 11-ci ildönmü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda Rusiya Federasiyasının 2014-cü il martın 16-da keçirdiyi referendumun qeyri-legitim olduğu və Krımda mövcud de-fakto vəziyyətin tanınmadığı vurğulanıb.
Bundan başqa, Türkiyənin Krım-tatar türklərinin vəziyyətini yaxından təqib edəcəyi və yarımadada baş verən hadisələri beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa davam edəcəyi bildirilib.