This is a specific ad

Türkiyə-Ermənistan-Azərbaycan sərhədi yaxınlığındakı avtomobil yolunun tikintisi üçün tender elan edilib

273

Another advertisement

Türkiyə-Ermənistan-Azərbaycan sərhədi yaxınlığındakı avtomobil yolunun tikintisi üçün tender elan edilib.

QafqazTürk Media xəbər verir ki, dövlət satınalmalarının saytında yerləşdirilən məlumatdan aydın oldub ki, Axalkalaki-Kartsaxi (Türkiyə Respublikası ilə sərhəd) avtomobil yolunun Türkiyə sərhədi yaxınlığında, II lot – km8+800-km16+000 və lot I – km3+000 – km7+ 800-ün bərpası işlərinin aparılması üçün 2 tender elan edilib.

Tender şərtlərinə əsasən, hər iki satınalma üzrə təkliflərin qəbulu noyabrın 8-də başlayacaq və noyabrın 13-də başa çatacaq. Təxmini alış qiyməti 8 413 286 (II lot) və 4 847 116 (lot I) laridir.

Azərbaycan Respublikasının sərhədinə gəlincə, Rustavi-Qardabani-Vaxtanqisi (Azərbaycan Respublikasının sərhədi) km1-km19 avtomobil yolunun abadlaşdırılması (lot 1 – km1-km11) işlərinin satın alınması üçün tender elan edilib. İşlərin təxmini dəyəri 19 660 008 lari təşkil edir. Bundan əlavə, təkliflərin qəbulu oktyabrın 27-də başlayacaq və noyabrın 1-də başa çatacaq.

Bundan başqa, sentyabrın 27-də Avtomobil Yolları Departamenti Poniçala-Marneuli-Ququti (Ermənistan sərhədi) avtomobil yolunun Km75+050-Km84+150 hissəsinin bərpası və Km83+145-Km84-+150 Xevistskali çayı üzərindən keçidin (giriş yolları ilə – II Lot) tikintisi ilə bağlı qalan işlərin görüldüyünü açıqlayıb.  Tender şərtlərinə əsasən, bu halda təkliflərin qəbulu oktyabrın 25-də başlayacaq və oktyabrın 30-da başa çatacaq. Alışın təxmini dəyəri 4 825 467 lari təşkil edir.

Sonrakı yazı
Kür çayı niyə Kür adlanır? – Zaqafqaziyanın ən böyük çayı haqqında maraqlı faktlar
Öncəki yazı
Lavrov: “2008-ci ilin qərarları nəzərdən keçirilmir”