Türkiyə Dəməşqdəki aeroportu bərpa edir

68

Türkiyə Dəməşq hava limanını bərpa edir.

QafqazTürk Media xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.

O bildirib ki, bunun üçün Suriyaya gedən 25 nəfərlik komanda artıq işlərə başlayıb. Nazirin sözlərinə görə, Türkiyədən Suriyaya müxtəlif texnoloji vasitələr, o cümlədən 10 X-ray cihazı, səkkiz əl detektoru da aparılıb. Bu, aeroportun təhlükəsizliyinin daha güclü təmin olunması üçündür. A.Uraloğlu qeyd edib ki, Türkiyə Suriyanın hava nəqliyyatını gücləndirmək üçün işləri davam etdirəcək.

Kateqoriya: Dünya, Region
Sonrakı yazı
ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var
Öncəki yazı
SDU – Rusiya işğalçı qüvvələrinin nümayəndələri 2 Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar