Türkdilli ölkələr regional əməkdaşlığı gücləndirir

100

Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ildə Naxçıvan Sazişi ilə yaradılmışdır. Məqsədi türkdilli ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələri gücləndirməkdir. Təşkilat ortaq dil, tarix və mədəniyyətə əsaslanaraq regional sabitliyə töhfə verir.

2025-ci ilin mayında Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türk dövlətləri arasında birliyin və əməkdaşlığın əhəmiyyətini vurğulamış, nəqliyyat, enerji və rəqəmsal sahələrdə tərəfdaşlığın ön plana çəkilməsinin vacibliyini bildirmişdir.

Zirvənin ilk dəfə müşahidəçi statuslu Macarıstanda keçirilməsi, bu ölkənin müstəqil siyasət yürütməsinin göstəricisi kimi qiymətləndirilmişdir. Prezident Əliyev Macarıstanın artan beynəlxalq nüfuzunu xüsusi qeyd etmişdir.

Azərbaycanın COP29-a ev sahibliyi və Qazaxıstan, Özbəkistanla birlikdə yaşıl enerji üzrə strateji saziş imzalaması, Xəzər-Qara dəniz marşrutu ilə bu enerjinin ixracını nəzərdə tutur. Həmçinin Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində regional layihələr davam etdirilir.

71 maddəlik Bəyannamə, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar və ətraf mühit sahələrində əməkdaşlığı gücləndirmək və türk dövlətləri arasında strateji tərəfdaşlığı möhkəmləndirmək məqsədi daşıyır.

Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın bölgədə etibarlı tərəfdaş və siyasi lider kimi mövqeyini bir daha nümayiş etdirmişdir.

 

Kateqoriya: Cəmiyyət, Dünya, Region
Sonrakı yazı
ABŞ Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb
Öncəki yazı
13 yaşlı yeniyetməyə qarşı əxlaqsız hərəkət edən şəxs həbs edilib