Another advertisement
“Mançester Siti”nin alman yarımmüdafiəçisi İlkay Gündoğan “Barselona” ilə transfer məsələsində anlaşıb.
QafqazTürk xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbə türk əsilli yarımmüdafiəçinin İngiltərəni İspaniyaya dəyişmək istəyinin detallarını açıqlayıb. İlkay “şəhərlilər”in yeni müqavilə təklifi onu qane etmədiyi üçün hazırkı klubunu tərk etmək qərarına gəlib. MS onunla müqaviləni cəmi bir il uzatmağa hazırdır. Halbuki, “Barselona” futbolçuya üç illik müqavilə təklif edib. Gündoğanı kataloniyalıların təklif etdiyi şərtlər tam qane edib.
Gündoğan bu mövsüm Premyer Liqada 29 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.