This is a specific ad

Türk Ərdoğan və erməni Paşinyan Nyu Yorkda nələri müzakirə ediblər?

262

Another advertisement

Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşüblər.

QafqazTürk Media Ermənistan mediasına istinadən xəbər verir ki, həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi çərçivəsində artıq atılan addımlara və əldə edilmiş mövcud razılaşmalara ətraflı istinad ediblər.

Görüşdə ilkin şərt olmadan normallaşma prosesini davam etdirmək və münasibətlərə yeni təkan vermək istəyi vurğulanıb. Tərəflər həmçinin regional məsələləri də müzakirə ediblər.

Baş nazir Paşinyan prezident Ərdoğana Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinin hazırkı vəziyyəti və bununla bağlı sazişi imzalamağa hazır olması, həmçinin Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” təşəbbüsü barədə məlumat verib.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
ხდება დეგენდერიზაციის გლობალური თავს მოხვევა – ერდოღანმა პარიზის ზაფხულის ოლიმპიადის გახსნის ცერემონიას სირცხვილი უწოდა
Öncəki yazı
Oğru dünyası ilə əlaqədar 5 nəfər saxlanılıb