This is a specific ad

Türk dünyasının birgə əlifbası yaradılır-Tarixə qayıdış

259

Another advertisement

“Bugünkü iclas tarixi hadisədir. Biz yazılı şəkildə ünsiyyət qurmalıyıq və buna nail olmalıyıq. Türkiyə, Azərbaycan, Özbəkistan və Türkmənistan artıq latın əlifbasından istifadə edir. İndi növbə Qazaxıstan və Qırğızıstanındır”.

QafqazTürk Media xəbər verir ki, bu sözləri Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert Türk Dünyası Ortaq Əlifba Komissiyanın sentyabrın 9-da Bakıda keçirilən üçüncü iclasında deyib.

Onun sözlərinə görə, Sovet İttifaqının dağılması ilə müstəqillik əldə etmiş türk respublikaları üçün bu gün yeni səhifə açılır: “Qazaxıstanın latın əlifbasına keçməsi 2025-ci ilə qədər baş verə bilər. Eyni zamanda, bir ildən sonra birinci Türk Qurultayının 100 illiyi tamam olacaq. Türk dünyasının ortaq əlifbası layihəsini 2026-cı ilə qədər başa çatdırmağı nəzərdə tuturuq”.

Türk Dilçilik Cəmiyyətinin rəhbəri əlavə edib: “Tarix bizim üzərimizə bu məsuliyyəti qoyub və daha qətiyyətli olmalıyıq. Hazırda türk dövlətləri arasında yaxınlaşma var. Ortaq türk əlifbası yaradaq və bununla da adlarımızı tarixə yazaq”.

Sonrakı yazı
Bu ölkə ilə Gürcüstan arasında uçuşlar başlayacaq
Öncəki yazı
Yol- nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var