“Titanik”in qəzasını görmək istəyənlər üçün təşkil edilən tur 8 gün davam edir və turistlər adambaşına 250 min dollar ödəyir.Atlantik okeanında batan “Titanik” gəmisinin qalıqlarına turist turu təşkil edən özəl şirkətə məxsus kiçik sualtı qayıq yoxa çıxıb. Sualtı qayıqda neçə nəfərin olduğu açıqlanmasa da, axtarış-xilasetmə işlərinə başlanılıb.OceanGate Expeditions tərəfindən dövrün ən böyük kruiz gəmisi olan və 1912-ci ildə batmış Titanik gəmisinin qalıqlarına təşkil edilən turist turu zamanı bir sualtı qayığın itdiyi açıqlanıb.Boston Sahil Mühafizəsi qrupları dağıntıların yerləşdiyi Nyufaundlend sahillərində axtarış-xilasetmə işlərinə başladığını açıqlayıb.Səfərin təşkilatçısı OceanGate Expeditions şirkəti də açıqlama verərək sualtı qayığın itdiyini təsdiqləyib. Lakin açıqlamada kiçik sualtı qayıqda neçə nəfərin olduğu barədə məlumat verilməyib.“Titanik”in qəzasını görmək istəyənlər üçün təşkil edilən tur 8 gün davam edir və turistlər adambaşına 250 min dollar ödəyir.Ekspedisiya qrupu Titanik gəmisi “yoxa çıxmazdan” əvvəl qəzanı araşdıracaqTitanik qəzasının tam ölçülü “rəqəmsal əkiz”i yaradılıbAtlantik okeanının 3800 metr dərinliyində olan “Titanik” kruiz gəmisi 1912-ci ildə İngiltərənin Sauthempton şəhərindən ABŞ-ın Nyu-York şəhərinə gedərkən aysberqə çırpılıb.Titanik filminin də mövzusu olan qəzada gəmidəki 2200 sərnişin və ekipajdan ən azı 1500-ü həyatını itirib. Gəminin qalıqları 1985-ci ildə tapılıb.
-