Another advertisement
Tskaltubo-Kutaisi yolunda baş verən qəzada bir nəfər ölüb.
Hadisə şahidlərinin sözlərinə görə, toy müşayiət edən maşınlardan biri yolun hərəkət hissəsindən çıxaraq beton dirəyə çırpılıb. Avtomobil tamamilə sıradan çıxıb, bir sərnişin isə dünyasını dəyişib.
Hadisə yerində fövqəladə və xilasetmə qrupları olub. Ərazidə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.