Another advertisement
Tsalka rayonunda bərpa işləri zamanı texniki qatar relsdən çıxıb, hadisə zamanı bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb.
“Gürcüstan Dəmir Yolları” bildirib ki, bərpa işlərini həyata keçirən Azərbaycan şirkətidir, ölən və yaralananlar da Azərbaycan vətəndaşlarıdır.
Hadisə ilə əlaqədar Gürcüstanın Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə cinayət işi başlanıb.