Trampın yeni ideyası- Çindən gələn vergi ilə Ukrayna hərbçiləri silahlandırılacaq.

43

ABŞ prezidenti Donald Tramp Ukraynanın “Qələbə Fondu”nun yaradılması üzərində işləyir. Fondu Çin məhsullarına tətbiq olunacaq yeni tariflərdən toplanacaq vəsaitlərlə maliyyələşdirmək planlaşdırılır.

QafqazTürk xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb.

Məlumata görə, Tramp maliyyə katibi Skot Besentə tapşırıb ki, planı Avropa tərəfdaşlarına təqdim etsin. Bu təqdimat oktyabrın 17-də, Ukrayna prezidenti Volodimir Zelenskiin Vaşinqton səfərindən əvvəl baş tutacaq.

Besent bildirib ki, ABŞ avropalı müttəfiqlərə bildirib ki, “Rusiya nefti tarifi” və ya “Ukrayna Qələbə Tarifi” adlandırılan bu təşəbbüsə dəstək verəcəklərini açıqlamalıdır. O əlavə edib:

“Bizim Ukrayna və Avropa müttəfiqlərimiz hazır olmalıdır ki, bizə qoşulsunlar. Avropa tərəfdaşları bizimlə birləşsələr, cavabımız olacaq.”

The Telegraph-ın məlumatına görə, strategiya Çin məhsullarına 500%-lik tarif tətbiq etməyi nəzərdə tutur. Tarifdən toplanacaq vəsait Ukrayna hərbçilərinin silahlandırılmasına xərclənəcək.

Plan, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinə maksimum iqtisadi təzyiq göstərməyi hədəfləyir, çünki Rusiya müharibəsi Çin dəstəyinə əsaslanır və məqsəd Tramp və Zelenski ilə danışıqlar masasına oturmaqdır.

Kateqoriya: Dünya
Sonrakı yazı
İrakli Kobaxidze II İliyanı Patriarx iqamətgahında ziyarət edib
Öncəki yazı
Diplomatik qalmaqal: Xarici İşlər Nazirliyi ATƏT-ə etiraz notası göndərib