ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof Moskva səfərindədir. Onu “Vnukovo” hava limanında Rusiya tərəfdən Kiril Dimitriyev qarşıladı.
Tramp bildirib ki, danışıqlardan asılı olaraq Rusiyaya sanksiyalar və tariflər tətbiq oluna bilər.
Putinə verilən ultimatumun müddəti 8 avqustda başa çatır. Bu tarixdən sonra ABŞ cavab tarifləri tətbiq etməyə hazırlaşır.