Trampın qərarı Suriya üçün dönüş nöqtəsidir – Şeybani  

29

ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı məhdudlaşdırıcı tədbirləri ləğv etmək niyyəti ilə bağlı bəyanatını alqışlayırıq.

QafqazTürk Media xəbər verir ki, bu barədə Suriya xarici işlər naziri Əsəd əş-Şeybani deyib.

“Biz ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı son bəyanatlarını alqışlayırıq. Bu hadisə Suriya xalqı üçün böyük dönüş nöqtəsidir, çünki ölkə gələcəyin qurulması və sabitliyin əldə edilməsi, özünü təmin etmək, eləcə də dağıdıcı müharibə illərindən sonra bərpa kursunu seçdi”, – deyə o qeyd edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Şalva Papuaşvili bugünkü plenar iclasda illik hesabat təqdim edəcək
Öncəki yazı
Qazlı su və qızarmış kartof adamı kor edə bilər