Trampdan, Baydenə səs verdiyini deyən Maska: “Mənədə səs verdiyini demişdir”

94

Another advertisement

Keçən həftə SpaceX-in qurucusu İlon Mask Fox News-un aparıcısı Taker Karlsona verdiyi son müsahibədə 2020-ci il prezident seçkilərində ABŞ prezidenti Co Baydenə səs verdiyini açıqlayıb. Bu açıqlama isə ABŞ-ın keçmiş prezidenti Donald Trampın kəskin reaksiyasına səbəb olub .

“2020 -ci seçkilərində 45-ci deyil, 46-cı prezidentə səs verdiyimi etiraf edirəm. Tramp-a səs verməmişəm. Mən əslində Baydenə səs verdim. Mən Baydenin böyük fanatı olduğumu demirəm, çünki bu səhv olardı.” -Twitter-in baş direktoru İlon Mask bildirib.

“Truth Social” saytında Tramp, keçmişdə dəfələrlə demokratlara səs verdiyini bildirən, lakin bu yaxınlarda Respublikaçılar Partiyasını dəstəklədiyini açıqlayan Maska inanmadığını bildirib.

“İlon Maskın Baydenə səs verdiyinə bir an belə inanmıram! O, mənə də səs verdiyini söyləmişdir, amma bunu kim bilər ki və kimin vecinə olar kı?!”- ABŞ-ın keçmiş prezidenti Tramp qeyd edib.

Daha sonra Trump, Maskın şərhlərinin “Aldığı bütün dövlət yardımları və ehtiyacı olduğu icazələri almaq səbəbi ilə tamamilə qorxunc Bayden Administrasiyası ilə dostluq etmək” üçün atdığı bir hiylə olduğunu söylədi.

“Maskın kosmik şirkəti, avtomobil şirkəti, tunel şirkəti və hətta FTB-nin qeyri-qanuni nəzarətində olan Twitter-in hökumətin KÖMƏYİNƏ VƏ TƏŞVİQLƏRİNƏ ehtiyacı var. O, SADƏCƏ “ARANI DÜZƏTMƏYƏ ÇALIŞIR!”- ABŞ-ın keçmiş prezidenti qeyd edib.

Trump-ın FTB-nin keçən ilin sonuna qədər xalqa açıq bir şirkət olan Twitter-i “FTB-ın qanunsuz idarə etdiyini” niyə iddia etdiyi hələki aydın deyil, lakin Maskın digər təşəbbüsləri hökumətdən əhəmiyyətli yardım aldığı məlumdur.

Material İndependent -ə istinadən hazırlanmışdır.

Sonrakı yazı
Gürcüstan və Azərbaycan hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb
Öncəki yazı
Gürcüstanın müdafiə naziri İlham Əliyev ilə görüşüb