Tramp: “Zelenski ilə görüşməyi planlaşdırıram, Ərdoğan müharibənin həllinə kömək edə bilər”

33

ABŞ prezidenti Donald Tramp cümə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırdığını təsdiqləyib.

QafqazTürk xəbər verir ki,  bu barədə Tramp  mətbuata verdiyi müsahibə bildirib. ABŞ prezidenti bir jurnalistin Zelenskini Ağ Evdə qəbul edib-etməyəcəyi ilə bağlı sualına , “Mən düşünürəm ki, bəli”, – deyə cavab verib.

Amerika lideri həmçinin qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin həllində mühüm rol oynaya bilər.

“Rusiya ona hörmət edir. Mən Ukrayna haqqında heç nə deyə bilmərəm, lakin Putin ona hörmət edir və o, mənim dostumdur”, – Tramp vurğulayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstan Parlamenti yeni qanunlayihə qəbul edir
Öncəki yazı
Tramp: “Yaxın Şərqdə sülh nəhayət gerçək oldu”