ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş çox maraqlı və səmimi keçib.
QafqazTürk Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında yazıb.
“Artıq kifayət qədər qan axıdılıb, müharibə sərhədləri müəyyən edib. Onlar olduğu yerdə dayansınlar. Hər iki tərəf desin ki, qalib gəldi və tarixin qərar verməsinə imkan yaradılsın”, – deyə Tramp vurğulayıb.
O, həmçinin döyüşlərin dayandırılmasının zəruriliyini qeyd edib:
“Daha atışma, ölüm və pul xərcləri olmasın. Hər həftə minlərlə insan ölür, evə dönün və ailələrinizə qayıdın.”
