Tramp Zelenski ilə görüşdən sonra çağırış edib

72

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş çox maraqlı və səmimi keçib.

QafqazTürk Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında yazıb.

“Artıq kifayət qədər qan axıdılıb, müharibə sərhədləri müəyyən edib. Onlar olduğu yerdə dayansınlar. Hər iki tərəf desin ki, qalib gəldi və tarixin qərar verməsinə imkan yaradılsın”, – deyə Tramp vurğulayıb.

O,  həmçinin döyüşlərin dayandırılmasının zəruriliyini qeyd edib:

“Daha atışma, ölüm və  pul xərcləri olmasın. Hər həftə minlərlə insan ölür, evə dönün və ailələrinizə qayıdın.”

Kateqoriya: Dünya
Sonrakı yazı
Latviya iki Gürcüstan vətəndaşını “persona non grata” elan etdi  
Öncəki yazı
Həyətdə yarpaq yandıranlara qarşı cərimə tədbirləri gücləndirilir – 500 lari cərimə tətbiq olunacaq