ABŞ-ın seçilmiş prezidenti Donald Trampın dediyinə görə, o, ABŞ vətəndaşlığını doğuşdan əldə etmək hüququnu ləğv etməyə çalışacaq.
Jurnalistlərdən birinin Konstitusiyaya “ABŞ-da doğulanların hamısının vətəndaş olduğunu” ifadə edən 14-cü düzəlişi ləğv etmək üçün icraedici tədbirlər görüb-görə bilməyəcəyi sualına Donald Tramp belə cavab verib:
“Biz bunu dəyişməli olacağıq. Bu qanuna sahib olan yeganə ölkə bizik. Bilirdinizmi ki, kimsə bizim torpağımıza ayaq bassa, “Təbrik edirəm, indi Amerika Birləşmiş Ştatlarının vətəndaşısınız” deyirik. Bəli, biz buna son verəcəyik”, – Tramp bildirib.
0