Tramp Xi Jinping ilə görüşdən sonra Ukrayna məsələsində “birgə işləyəcəklərini” deyib – ƏTRAFLI

45

ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında Cənubi Koreyanın Busan şəhərində keçirilən görüş başa çatıb. Görüşü ABŞ prezidenti “möhtəşəm” adlandırıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Donald Tramp jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Si Cinpin “böyük bir liderdir”.

Görüşlə bağlı jurnalistlərə açıqlama verən ABŞ prezidenti Ukrayna məsələsinə də diqqət yetirərək bildirib ki,  o və Si Cinpin bu məsələdə “birgə işləmək” barədə razılığa gəliblər.

” Biz Ukrayna məsələsində birlikdə işləyəcəyik, tərəflərin döyüşə girməsi ilə razıyıq və düşünürəm ki, bəzən onlara döyüşməyə icazə vermək lazımdır. Bununla belə, biz Ukrayna məsələsində birlikdə işləyəcəyik”, – Donald Tramp bildirib.

Donald Tramp həmçinin bildirib ki, ABŞ fentanil üçün kimyəvi maddələrin axınına cavab olaraq əvvəllər tətbiq edilən bütün Çin mallarına tarifləri dərhal azaldacaq.

Bu mövzuda baş tutan görüşdən sonra, Reuters agentliyinin  yaydığı məlumata görə ABŞ prezidenti Donald Trampın Çinə qarşı tətbiq etdiyi tarifləri 47%-ə endirdiyi açıqlanıb.

Jurnalistlərə açıqlama verən prezident, həmçinin təfərrüatları açıqlamasa da, nadir faydalı qazıntıların ticarəti məsələsinin həll olunduğunu vurğulayıb.

Donald Tramp həmçinin bildirib ki, indi ABŞ-ın nüvə silahı sınağı barədə düşünməsi üçün “doğru” vaxtdır. Prezident qeyd edib ki, 2026-cı ilin aprelində Çinə səfər etməyi planlaşdırır və bu səfərdən sonra Si Cinpin Vaşinqtona səfər edəcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
Kaxetidə qətl və adam öldürməyə cəhd: əvvəllər məhkum olunmuş şəxs saxlanılıb
Öncəki yazı
Rusiya Dövlət Pedaqoji Üniversitetinin Şərqşünaslıq fakültəsininin tələbəsi Liana Axundovanın “Ərəb alimlərinin elmə töhvəsi” adlı məqaləsini sizə təqdim edirik